Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Okt
2020
12:30
1998
16
Okt
12:30



Merkel: “Almaniya iqtisadiyyatı karantin rejiminin yenidən tətbiqinə tab gətirməyəcək”

“Almaniya koronavirusun birinci dalğası zamanı olduğu kimi, iqtisadi baxımdan karantin rejiminin yenidən tətbiqinə imkan verə bilməz, pandemiyaya nəzarəti ələ keçirmək üçün təcili tədbirlər görülməlidir”.

TASS xəbər verir ki, bunu çərşənbə günü federal əyalətlərin baş nazirləri ilə görüşdən sonra Berlində təşkil edilən mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel bəyan edib.

“Təkcə bu il 250 milyard avrodan artıq borcu olan yeni hökumət büdcəsini qəbul etdik. Buna görə iqtisadi sahə də daxil olmaqla, yaz fəslində yaşadığımız virusun indi ikinci dalğasını bu cür nəticələrlə qarşılaya bilmərik”, - Merkel deyib. Onun sözlərinə görə, söhbət yalnız səhiyyə sistemindən getmir.

Kansler ölkənin pandemiya ilə mübarizədə kritik mərhələdə olduğunu və önümüzdəki həftələrdə insanların necə davranacağından asılı olaraq vəziyyətin dəyişə biləcəyini vurğulayıb. Merkel virusa yeni yoluxma hallarının sayındakı artımdan narahat olduğunu söyləyib.

Almaniya Federativ Respublikası hökumətinin başçısı iclasın nəticələrinin tamamilə qənaətbəxş olmadığını etiraf edib. 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.