Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Iyun
2019
15:01
3516



Biləsuvarda avtomobil yolu yenidən qurulur-FOTO

Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XeberOxu.az-a verilən məlumata görə, uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol boyu qabarma və çökmələr mövcud idi, üstəlik yol geyimi dağılmış, torpaq yatağı güclü deformasiyaya uğramışdı. Bu üzdən 4 yaşayış məntəqəsinin 10 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Sakinlər indi yol tikintisinin sürətindən və keyfiyyətindən xeyli razıdırlar.

Layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı karxana çınqılı materialı tökülərək torpaq yatağının bərpası və qazılmış hissələrin əks-dolğusu işləri görülərək yol profilə salınır. Yolun 1-5 və 12-13-cü km-lik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0.8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır.

Tikinti zamanı kənd sakinlərinin ürəyincə olan daha bir yenilik yolun altında mövcud suötürücü boruların bərpası, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü boruların inşasıdır. Çünki suötürücü boruların köməyi ilə yolun altından ötürülən su ilə onlar əkin sahələrini daha rahat və məhsullar xarab olmadan suvara bilir. Ümumilikdə 286 paqon-metr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, bu işlərin ardınca optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından istifadə edilməklə yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtük döşənir. 2 laydan ibarət asfalt-beton örtüyünün 80 min kv.m-ə yaxın sahədə salınması nəzərdə tutulub.

Biləsuvar böyük kənd təsərrüfatı rayonlarından biridir. Burda ixrac yönümlü məhsullar üstünlük təşkil edir. Belə ki, rayonda taxıl və pambıq, bostan və tərəvəz məhsullarının istehsalı ildən-ilə artır. Yenidən qurulan Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu boyunca da bunu müşahidə etmək mümkündür. Yolun əsaslı şəkildə bərpa edilərək istifadəyə verilməsindən sonra isə sözügedən kəndlərin əhalisinin öz pay torpaqlarında yetişdirdikləri məhsulları bazarlara rahat və xarab olmadan qısa zamanda çıxarmaq imkanı yaranacaq.

Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsi ilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az