Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyul
2019
20:49
669



İlk "Carlsberg Summer Cup" futbol turnirinin qalibi müəyyən oldu

Bakıda Azərbaycanın iri şirkətlərinin komandalarının iştirakı ilə ilk dəfə keçirilən Carlsberg Summer Cup 2019 futbol turnirinin final mərhələsi baş tutub.

İyul ayının 14-də həlledici matçda "British American Tobacco" (BAT) və "Access Bank" komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, penalti seriyalarından sonra 5:4 hesabı ilə BAT komandası qalib gəlib.

“Bu gün Carlsberg Summer Cup turnirinin final matçı keçirilir və oyunun Azərbaycan biznesi tərəfindən maraqla qarşılanması bizi çox sevindirir. Ümumilikdə turnirə 12 komanda qatılıb, final mərhələsinə isə Access Bank və British American Tobacco komandaları çıxıb. Biz ümid edirik ki, futbol turnirlərinin keçirilməsi ənənəyə çevriləcək və daha çox komandaları birləşdirəcək”.

Turnirin qalibi olmuş British American Tobacco (BAT) komandası Rusiyanın Sankt-Peterburq şəhərinə səyahət qazanıb. Üçüncü yeri isə Caspian Engineering Solutions (CES) və Medical Plaza komandaları bölüşdürüb.

Qeyd edək ki, "Carlsberg Summer Cup" 2019 turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tobacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions (CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza və Carlsberg Azerbaijan şirkətlərinin komandaları qatılıb. Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir final isə 6-7 iyul tarixlərində keçirilib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az