Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Iyul
2019
16:32
420



2019-cu ilin yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2019-cu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından XeberOxu.az-a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 241.8 mln. manat, ödənişlər isə 83.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 mln. manat, ödənişlər isə 35.8 mln. manat olub.

2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.

Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3% (3.9 mln. manat), icbari növləri üzrə sığorta haqlarında 7% (5.9 mln. manat) artım müşahidə edilib.

Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta üzrə 19% (10.4 mln. manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3.9 mln. manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2.7 mln. manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2.6 mln. manat) olub.

Bundan əlavə, həyat sığortasının icbari növü üzrə isə artım 19% (4.1 mln. manat) qeydə alınıb.

2019-cu ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az