Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Iyul
2019
17:22
432



“Kaspersky Lab” ekoloq və sənədli film çəkənlərin Kuril adalarına ekspedisiyasını dəstəkləyir

Eko fəallar, sənədli film çəkənlər və fotoqraflardan ibarət böyük komanda Yevgeniy Kasperski ilə birlikdə Kuril adalarına 12 günlük ekspedisiyaya yola çıxıb. “Kaspersky Lab” tərəfindən maliyyələşdirilən səfərin məqsədi arxipelaqın unikal ekosistemini araşdırmaq və Kuril adalarının qarşılaşdığı ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etməkdir.

Ekspedisiya Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) konsultasiyası ilə həyata keçirilir. Fondun ekspertləri fəallara yerli, o cümlədən, dəniz flora və faunasının özəlliklərini anlamağa yardım edir, Kuril adalarının ən mühüm ekoloji məsələləri barədə danışırlar.

İki həftəyə yaxın müddət ərzində ekspedisiya iştirakçıları Onekotan, Uşişir, Simuşir, Urup və Kunaşır adalarını tədqiq edəcəklər. Bu səyahətin nəticələri geniş auditorayaya Kuril adalarının gözəlliyinə həsr olunmuş sənədli film vasitəsilə çatdırılacaq.

Bu, “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperskinin Kuril adalarına ikinci ekspedisiyasıdır. Onun adalara ilk ekspedisiyası isə 2014-cü ildə baş tutub.

“Kuril adaları xüsusi iqlimi və qeyri-adi mənzərəsi ilə indiyə kimi olduğum ən gözəl yerləndəndir. Lakin bura gəlmək asan deyil - bunun üçün əsl ekspedisiya təşkil etməlisiniz. Renan Öztürkün Kuril adalarını görmək istəyini və bu kimi uzaq yerləri araşdırmaqda maraqlı olduğunu bildikdə, mən onu arzusunu həyata keçirməyə yardım etmək üçün ekspedisiyaya dəvət etdim. Kuril adalarını ekoloji məsələlərlə məşğul olan və baş verənləri sənədləşdirən mütəxəssislər qrupu ilə öyrənmək ikiqat zövq verir. “WWF Rusiya”nın dəstəyini də yüksək qiymətləndiririk. Fondun mütəxəssisləri bölgənin vəhşi aləminin necə yaşadığını və onun qorunmasına nələrin mane olduğunu anlamağa kömək edirlər. Ümid edirəm ki, birlikdə ictimaiyyətin diqqətini qorunmağa ehtiyacı olan Kurilə cəlb edə bilərik. Bu, bizim ekspedisiyanın əsas mahiyyətidir ", - Yevgeniy Kasperski bildirib.

Ekspedisiyanın bütün mərhələləri “Kaspersky Lab” tərəfindən təsis edilmiş texnologiyalar mədəniyyətinə həsr olunmuş onlayn jurnalda - Tomorrow Unlocked platformasında nümayiş olunacaq. Ekspedisiyanı sosial şəbəkələrdə, xüsusilə də “İnstagram”da #fromkurilswithlove haştaqı ilə izləmək olar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az