Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
00:45
510



EYOF-da çıxış edəcək güləş yığmalarımızın heyəti açıqlanıb

İyulun 21-də Bakıda start götürəcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının (EYOF) proqramında güləş də yer alıb.

EYOF çərçivəsində güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək. Festivalda güləşin 3 növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar 6 çəki üzrə keçiriləcək.

XeberOxu.az-ın  məlumatına görə, bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşüb, onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmamasıyla maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.

Sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında çıxış edəcək. Heyətdə Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) və Cəbrayıl Hacıyev (65 kq) yer alıb.

Böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq) və Xasay Həsənli (65 kq) daxil edilib.

Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcək.

Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az