Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
01:00
1209



Salyan-Şirvan avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq respubika əhəmiyyətli yollarının yenidən qurulması ilə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də Şirvan-Salyan avtomobil yoludur. Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən XeberOxu.az-a  verilən məlumata görə, Şirvan-Salyan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunurdu. Yol boyu torpaq yatağında, həmçinin örtükdə qabarma və dağılmalar yaranmışdı. Bu isə rahat şəkildə gediş-gəlişə maneəşilik yaradırdı. Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri ilə bu problem aradan qaldırılır.

Uzunluğu 31 km olan Şirvan-Salyan avtomobil yolu Salyan və Şirvan rayonları arasında yerləşir. Yolun başlanğıcı Şirvan şəhəri, sonu isə M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47-ci km-dir.

II texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun ümumi eni 15 metr təşkil edir. Bura 7.5 metr enində hərəkət hissə, və hər bir sitiqamət üzrə çiyinlərin eni bərkidici zolaqla bərabər 3.75 metr təşkil edəcək.

Layihə çərçivəsində yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə genilədirmə işləri aparılıb, yolun deformasiyaya uğramiş yatağı qazılaraq çıxarılıb, genişləndirilmiş və qazılaraq çıxarılmış ərazilərə yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib.

Torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşası və asfaltlanma işləri aparılır. 3 laydan ibarət asfalt-beton örtüyü ümumilikdə yolun 280 min kv.m-dən çox sahəsinə döşənəcək.

Layihəyə uyğun olaraq yol boyu mövcud suötürücü borular köhnəlib sıradan çıxdığı üçün yenilərinin inşası aparılır. Bunun üçün yola müxtəlif diametrlərə malik 29 ədəd suötürücü dəmir-beton borular quraşdırılır, yolun 15.4-cü km-də suötürücü qurğu inşa edilir.

Bundan başqa tikinti işləri çərçivəsində avtobus dayanacaqları inşa ediləcək, yolda hərəkətin normal təşkili üçün zəruri olan hissələrdə yol nişanı və məlumatverici lövhə, km göstəricisi və siqnal dirəyi quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, respublika əhəmiyyətli yolun tikintisi başa çatdıqdan sonra 20 yaşayış məntəqəsinin 120 mindən çox əhalisinin gediş-gəlişi xeyli yaxşılaşacaq. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Yolun yenidən qurulması ərazidə yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu da kənd təsərrüfatının inkişafına müsbət təsir etməklə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az