Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
10:19
510



“Neftçi” “Speranta”nı darmadağın edib

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.

XeberOxu.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.

Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.

Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az