Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
13:01
414



Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyəyə “Yay məktəbi”nə yola düşüb

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri Türkiyənin Bursa şəhərinə “Yay məktəbi”nə yola düşüb.

XeberOxu.az-ın məlumatına görə, Aİİ rektoru Ceyhun Məmmədov “Yay məktəbi”nə gedən tələbələrlə görüşərək, onlara uğurlar arzulayıb. Tələbələrə öz tövsiyələrini verən C.Məmmədov gənclərin ölkəni və Azərbaycan İlahiyyat İnstitutunu layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib.

Rektor tələbələri “Yay məktəbi” müddətində məsuliyyətli olmağa və yaradılan şəraitdən səmərəli faydalanmağa çağırıb. Onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib. Gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını söyləyən rektor hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulayıb.

Daha sonra tələbələr “Yay məktəbi”ndə onlar üçün təşkil edilən proqramın gündəliyi ilə tanış olublar. Qeyd edək ki, gənclərə bu müddət ərzində müxtəlif dərslər keçiləcək, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün tarixi abidələrə, məscidlərə ziyarətlər təşkil olunacaq.

“Yay məktəbi” Azərbaycan İlahiyyat İnstitutu, Türkiyə Cümhuriyyətinin Təhsil nazirliyi və Dəyanət İşləri Başqanlığı arasında əldə edilmiş razılığa əsasən baş tutacaq.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. Aİİ ötən bir il ərzində müxtəlif ölkələrin universitetləri ilə, həmçinin Türkiyə, Rusiya, Malaziya ali təhsil müəssisələri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az