Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
13:33
477



Azərbaycanda işləyən əhalinin sayı artıb

2019-cu il iyulun 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 167,9 min nəfər olub. Onlardan 4 milyon 915,2 min nəfəri məşğul əhalidir.

XeberOxu.az-ın məlumatına görə, 2018-ci il iyulun 1-i vəziyyəti ilə müqayisədə həm iqtisadi fəal əhalinin sayı, həm də iqtisadiyyatda işləyənlərin sayı artıb. Dövr ərzində iqtisadi fəalların sayı 5 milyon 108,9 min nəfər olub. Onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur ki, 2019-cu il iyunun 1-i vəziyyətinə görə muzdla işləyənlərin sayı 1 milyon 590,7 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898 min, qeyri-dövlət sektorunda isə 692,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 35 min, qeyri neft-qaz sektorunda isə 1 milyon 555,7 min nəfər çalışıb.

İyul ayının 1-dək məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 min nəfər artaraq 55,8 min nəfər olub. Onların 34,6 faizi qadınlardan ibarətdir. İşsizlikdən sığorta ödənişinin orta məbləği isə 221,2 manat olub. Bu rəqəm ötən il 287,2 manat təşkil edib.

Bakıdan sonra ən çox işsiz şəxs Sumqayıt, Abşeron, Şəmkir və Salyanda qeydə alınıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az