Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




10 Fev
2019
00:34
258



Məşhur kinodramaturq Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq

Beynəlxalq Muğam Mərkəzində məşhur kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun əsəri tamaşaya qoyulacaq.

XeberOxu.az-ın məlumatına görə, fevral ayının 18-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin iştirakı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında (rus dilində) tamaşa nümayiş olunacaq.

Maqsud İbrahimbəyovun eyni adlı əsəri əsasında hazırlanan tamaşada Əməkdar artist Maqsud Məmmədov və dram rejissoru ixtisası üzrə rus bölməsinin tələbələri Mir Qabil Əkbərov, Yuri Omelçenko, Milanа Sokolenko, Zaur Terequlov, Elnur Rzayev və başqaları iştirak edəcəklər.

Layihənin rəhbəri professor Fəridə Səfiyeva, kurs rəhbərləri - Xalq artisti, professor Cənnət Səlimova və Əməkdar artist Sona Mikayilovadır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az