Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Yan
2020
17:13
205

14
Yan
17:13



Məşhur pianoçu Bakıya gəlir

Martın 14-də Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri və tanınmış pianoçu Lyuka Debarqın konserti keçiriləcək.

Xeberoxu.Az xəbər verir ki, konsert proqramında görkəmli bəstəkarlar Ferens List, Kşiştof Penderetski, Meçislav Vaynberq və Miloş Maginin əsərləri təqdim ediləcək.

Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Baltikyanı ölkələrin gənc musiqiçilərindən ibarət kamera orkestrini 1997-ci ildə skripkaçı Gidon Kremer yaradıb. Qrup qısa vaxt ərzində dünya səviyyəsində peşəkar kollektivə çevrilib və beynəlxalq nüfuz qazanıb.
"Kremerata Baltika" 50-dən artıq ölkədə çıxış edib, 600 şəhərdə 1000-dən çox konsert verib. 2002-ci ildə "Qremmi" ("Grammy") və "Exo" ("ECHO") mükafatlarını qazanıb. Orkestr 20-dən çox kompakt disk (CD) yazdırıb.

"Kremerata Baltika" 2003-cü ildən Latviyada öz festivalını keçirir.

Fransız pianoçu Lyuka Debarq (Lukas Debargue) Gidon Kremer və "Kremerata Baltika" orkestri ilə 2017-ci ildən əməkdaşlıq edir. O, 2018-ci ildə kollektivin Çin və Yaponiyaya qastrollarında iştirak edib.

Lyuka Debarq dünyanın nüfuzlu konsert salonlarında aparıcı simfonik orkestrlərlə çıxış edib. O, akademik repertuarından əlavə caz da ifa edir, həmçinin musiqi bəstələyir.

Debarq 2014-cü ildə 9-cu Qayar Beynəlxalq Pianoçular Müsabiqəsində 1-ci yer qazanıb, 2015-ci ildə P.İ.Çaykovski adına 15-ci Beynəlxalq Müsabiqənin laureatlarından olub. 2017-ci ildə Almaniyanın nüfuzlu "Exo Klassik" ("ECHO Klassik") mükafatı ilə təltif olunub.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







General Vilayət Eyvazova hesabat verdi







ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir - Li Litzenberger







Bakıda qəza - Yük avtomobili dairəyə girdi -FOTO







Bərdə rayonuna yeni prokuror təyin edilib


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.