Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Avq
2019
18:08
339



Məşhur pop ulduz tələbə qıza yardım etdi

Məşhur pop ulduz Teylor Svift çətin vəziyyətdə olan tələbə qıza yardım edib.

XeberOxu.az xəbər verir ki, Aişə adlı qız sosial şəbəkədə çətin həyat şəraitindən gileylənib.

O, kollecdə təhsil aldığını və növbəti semestr üçün ödəniş etməyə imkanı olmadığını vurğulayıb. Valideynlərinin aldığı maaşın yaşayış minimumuna bərabər olduğunu, üstəlik, anasının xroniki böyrək çatışmazlığından əziyyət çəkdiyini qeyd edib.

Ümumiyyətlə, Aişə ailə büdcəsinin təhsil və digər xərcləri qarşılamaq baxımından kifayət etmədiyini bildirib.

Qızın yazdığı statusdan təsirlənən yaxın dostları ona mənəvi dəstək veriblər.

Aişənin düşdüyü bu duruma dünya şöhrətli pop ifaçısı Teylor Svift də biganə qalmayıb.

Qızın “Instagram”da yazdığı kədərli status sənətçinin diqqətini çəkib. Ona yardım etmək üçün müğənni Aişəyə təxminən dörd min ABŞ dolları göndərib - bu, qızın təhsil haqqının ödənişinə kifayət edir.

“Ailəmin təhsil haqqını ödəməsinin nə qədər çətin olduğunu yazdım. İki saat sonra belə bir məktub aldım. Sözüm yoxdur, sevincdən göz yaşlarımı saxlaya bilmirəm”, - Aişənin növbəti statusu belə olub.

T.Svift isə qızın bu statusuna belə şərh yazıb:

“Təhsilə davam et, qız. Mən səni sevirəm. Teylor”.

Qeyd edək ki, bu, pop ulduzun pərəstişkarlarına ilk maddi yardımı deyil. Belə ki, 2015-ci ildə Teylor daha bir fanatının iki min dollar məbləğində tələbə kreditini bağlamağına kömək edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Xarici şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az