Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Avq
2019
11:05
576



Meteor yağışı var

Hər il iyul ayının ortalarından avqustun ortalarına qədər radiantı Persey bürcündə olan meteor seli müşahidə edilir. XeberOxu.az-ın məlumatına görə, bunlar bürcün adına uyğun olaraq perseidlər adlanır. Perseid meteor yağışı Svift Tuttl kometi ilə əlaqəlidir. Komet 1862-ci ilə kəşf edilib. Dövr etmə periodu 135 ildir. Sonuncu dəfə 1992-ci ildə müşahidə edilib. Növbəti dəfə isə 2126-ci ildə Yerə yaxınlaşacağı və Yerdən 22 milyon km məsafədən keçəcəyi gözlənilir.

Perseid meteor yağışı iyulun 17-dən başlayıb. Bu ecazkar təbiət hadisəsi avqustun 24-dək davam edəcək. Meteor yağışının avqustun 12-si və 13-də pik həddə olacağı gözlənilir. Bizim bir saat ərzində 80-110 arası meteor müşahidə etmək şansımız olacaq. Meteor yağışı adətən səhərə yaxın saat 03:30-dan sonra daha intensiv müşahidə edilir. Müşahidə etmək üçün heç bir astronomik cihaza ehtiyac yoxdur. Meteor yağışı dağlıq ərazilərdə adi gözlə aydın müşahidə ediləcək.

Qeyd: "Meteor" yunan sözü olub "havada hadisə" deməkdir. Asteroidlerin toqquşması və kometlerin parçalanması nəticəsində planetlərarası fəzada qaz-toz hissəcikləri yaranır. Bu toz hissəcikləri çox böyük sürətlə atmosferə daxil olarkən sürtünmədən yanmağa başlayır. Biz adi gözlə baxdığımızda 3-5 santimetrlik işıqlanma müşahidə edirik. Elə təəssürat yaranır ki, sanki ulduz düşür. Amma ulduzlar düşmür! Bu müşahidə etdiyimiz hadisə METEOR YAĞIŞIDIR. Bəzi meteor cisimlərinin sürəti 30-40 km/san olur. Meteorların əksəriyyəti Yer atmosferinin 80-120 km hündürlüyündə alışır. 30-40 km hündürlükdə isə toz halında atmosferə qarışaraq sönür. Spektral tədqiqatlar göstərir ki, onların spektrləri əsasən neytral Fe, Si , Ka, ionlaşmış Al və başqa elementlərin emissiya xətlərindən ibarətdir. Hər il aprel ayının ortalarında Liridlər, noyabr ayının ortalarında Leonidlər müşahidə edilir. Maraqlı cəhət ondan ibarətdir ki, meteor selləri hər il eyni fəallıqda olmur. Fəallıq müəyyən periodlarda maksimum olur. Bu zaman meteor seli o qədər güclü olur ki, bu hadisə ulduz yağışı adlanır. Yer meteor selinin sıx olduğu meteor orbiti sahəsindən keçəndə məzh ulduz yağışları müşahidə edilir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az