Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



14 Iyul
2020
18:26
4363
14
Iyul
18:26



Metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılacaq

Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”-ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub. Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb.

XeberOxu.Az-ın məlumatına görə,   Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında video-konfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.

Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın. Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.

Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Video konfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nazaslıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.