20 Yan
2020
02:00
1056

20
Yan
02:00



Məzahir Pənahov MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb

Yanvarın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcrayə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb.

XeberOxu.Az-ın  məlumatına görə, ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətinin salamlayan sədr Məzahir Pənahov parlament seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. M.Pənahov seçki öncəsi proseslə bağlı məlumat verib. MSK sədri, həmçinin Dairə və məntəqə seçki komissiyalarında aparılan hazırlıq işləri ilə bağlı qonaqları məlumatlandırıb. Sədr əlavə edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılması istiqamətində işlər aparılır. Bundan başqa yerli və beynəlxalq müşahidəçilər qeydə alınıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski MDB İcrayə Komitəsinin sədri Sergey Lebedevin salamlarını çatdırıb. Qonaq qeyd edib ki, onlar Azərbaycanda keçirilən seçki prosesini daima müşahidə edirlər. V.Quminski əlavə edib ki, ölkəmiz bu sahədə böyük təcrübə qazanıb.

Bundan başqa görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı, faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.