XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



23 Sen
2022
02:50
670
23
Sen
02:50



Millətlər Liqası: Azərbaycan Slovakiyanı məğlub edib

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının V turunda meydana çıxıb.

C liqasının 3-cü qrupunda mübarizə aparan komandamız son səfər sınağında Slovakiyanın qonağı olub. Canni de Byazinin yetirmələri Trnava sınağında azarkeşlərini sevindirib.

Millimiz qarşılıqlı hücumlarla keçən ilk yarının sonlarında hesabı açıb. Renat Dadaşov meydan sahiblərini məyus edib.

Slovakiyalılar ikinci hissədə böyük qüvvə ilə irəli atılıb. Rəqibin təzyiqinin qarşısını inamla alan yığmamız əks-hücumlada meydan sahiblərinə həyəcanlı anlar da yaşadıb.

Son dəqiqələrdə komandalar hərəyə bir qol vursa da, üstünlüyünü sonadək qorumağa nail olan millimiz 2:1 hesablı qələbə qazanıb. Bu səfər qələbəsi yığmamıza C liqasında yerini təmin etmək imkanı verib.

Qeyd edək ki, yığmamız sentyabrın 25-də Bakıda Qazaxıstanla görüşəcək.

Millətlər Liqası, V tur
C liqası, 3-cü qrup
22 sentyabr
22:45. Slovakiya – Azərbaycan - 1:2
Qollar: 
Erik Yirka, 90+3 (pen.) - Renat Dadaşov, 44, Höccət Haqverdi, 90+5
Baş hakim: Vilyarm Kallum (Şotlandiya)
Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 14. Milan Şkrinyar (k), 8. Laslo Beneş, 16. David Hantsko, 21. Matuş Bero, 22. Stanislav Lobotka, 17. Martin Reqali, 18. Erik Yirka, 9. Robert Bojenik
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon de Marko, 4. Martin Valyent, 15. Norbert Gimber, 6. Miroslav Kaçer, 13. Patrik Qoroşovski, 20. Kristian Herts, 10. Adam Zrelyak, 11. Samuel Mraz, 19. David Dyuriş
Baş məşqçi: Françesko Kalzona
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 16. Anton Krivotsyuk, 7. Anatoli Nuriyev, 16. Elvin Camalov, 17. Toral Bayramov, 19. Filip Ozobiç, 22. Aleksey İsayev, 10. Musa Qurbanlı
Baş məşqçi: Canni de Byazi
Trnava. Anton Malatinski stadionu

1

Qazaxıstan

5

4

1

0

8-3

13

2

Azərbaycan

5

2

1

2

4-4

7

3

Slovakiya

5

2

0

3

4-5

6

4

Belarus

5

0

2

3

2-6

2


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər İdman xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.