Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Iyun
2019
06:00
2811



Milli Kitabxanada on yaşlı şairin iki kitabının təqdimat mərasimi keçirilib

Bu gün Mədəniyyət Nazirliyi və Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gənc şair Sevindik Nəsiboğlunun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan  XeberOxu.Az-a verilən məlumata görə, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, belə istedadlı gənclərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib. 

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil istedadlı bir gəncin kitab təqdimatında iştirakından məmnunluğunu bildirib. O, qeyd edib ki, şairin şeirlərində
vətənpərvərlik duyğuları çox yüksəkdir.

Sonra çıxış edən professor Rafiq Yusifoğlu hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbriklərini bildirib və gələcəkdə yeni-yeni uğurlar arzulayıb.

Professor Füzuli Əsgərli də təbriklərə qoşularaq Sevindiyin çox böyük fitri istedada malik olduğunu, şeirlərini poetik, vətənpərvər üslubunda yazdığını vurğulayıb.

Professor Asif Rüstəmli çıxışında Sevindiyin dünyagörüşü, zehni qabiliyyəti ilə seçilən bir gənc olduğunu diqqətə çatdırıb. O, Sevindiyin vətənpərvər ruhda böyüməsini,onun Azərbaycan ədəbiyyatının nümayəndələri ilə yanaşı dünya ədəbiyyatının da nümayəndələrindən oxuduğunu qeyd edib.

Digər qonaqların və ailə üzvlərinin çıxış etdiyi tədbirin sonunda gənc şairə söz verilib. On yaşlı şair yaradıcılığından“Zəngəzur” şerini oxuyub, gələcək planlarından danışıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az