Azərbaycanda koronavirusla bağlı xəbərlər
Çimərliklər üzrə axtarış - Cimerlik.az
Bütün xəbərlər



13 Iyul
2020
17:05
3652
13
Iyul
17:05



Milli Məclisin Elm və təhsil komitəsində müzakirələr aparılıb

İyulun 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat” və cari məsələlər daxil edilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı proqram xarakterli çıxışını, tövsiyələrini rəhbər tutan komitə üzvləri hesabat dövründə geniş fəaliyyət göstəriblər. Milli Məclisə sədr seçilən Sahibə Qafarovanın parlamentdə yaratdığı demokratik ab-hava deputatları ruhlandırıb. Hesabat dövründə Elm və təhsil komitəsinin 9 iclası keçirilib, 17 məsələyə baxılıb. Yaz sessiyası və növbədənkənar sessiya dövründə komitənin qanunvericilik fəaliyyəti məhsuldar olub.

Belə ki, komitə üzvləri “Elm haqqında”, “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Mədəniyyət haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və bir sıra digər qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edərək plenar iclasa tövsiyə ediblər.

B.Əliyev bildirdi ki, komitə üzvləri ümumtəhsil müəssisələri üçün dərsliklərin hazırlanması prosesində də səylərini əsirgəməyiblər. Bu ilin aprelində Təhsil Nazirliyi tərəfindən Milli Məclis Aparatına daxil olmuş məktuba əsasən, komitənin sədr müavini Musa Qasımlı, komitə üzvlərindən Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Rafael Hüseynov, Kamilə Əliyeva və Etibar Əliyev “2020/2021-ci il tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I, V, VIII və IX sinif şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektləri (dərslik və metodik vəsait) layihələri”nə dair rəy və təkliflərini hazırlayaraq təqdim ediblər.

Onlayn iclasda vurğulandı ki, hesabat dövründə komitəyə 149 ərizə və müraciət daxil olub. Onlardan 130-u ilə əlaqədar 91 məktub hazırlanıb və aidiyyəti üzrə müvafiq qurumlara göndərilib. Müraciətlərdə əsasən işlə təmin olunma məsələləri, ödənişli təhsillə bağlı qarşıya çıxan çətinliklər, tələbələrin digər təhsil müəssisəsinə köçürülməsi və təhsil müəssisələrinə bərpası, xaricdə təhsil almış məzunların diplomlarının ölkədə tanınması (nostrifikasiyası), mənzil məsələləri, sosial müavinətin verilməsi, xəstələrin müalicəsi üçün maddi yardım göstərilməsi, əfv məsələləri və s. üstünlük təşkil edib.

İclasda iştirak edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Rafael Hüseynov, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım hesabata müsbət münasibət bildirdilər.

Cari məsələlərin müzakirəsində COVID-19-la bağlı təhsil sahəsində yaranmış vəziyyət, Ermənistanla təmas xəttində vəziyyət və digər aktual məsələlər barədə fikir mübadiləsi aparıldı.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı







Bakıda sərnişin avtobusu yanıb







Beyləqanda ev yanıb







Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.