XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda                    
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



07 Apr
2021
16:01
451
07
Apr
16:01



"Millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq"

Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu Slovakiya yığmasına qarşı keçirəcək Azərbaycan millisi dünən gec saatlarda Levice şəhərinə çatıb.
 
Xeberoxu.Az xəbər verir ki, komandamız oyunöncəsi son məşqini bu gün yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) keçirəcək. Millinin üzvü Ramiz Çovdarov azfutzal.az-a açıqlamasında həm komandadakı ab-havanı dəyərləndirib, həm də rəqib haqda danışıb:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Oyuna demək olar, tam hazırıq. Dünən gecə saatlarında oyunun keçiriləcəyi Levice şəhərinə çatdıq və bu gün axşam saatlarında oyunöncəsi son məşqimizə çıxacağıq. Heyətimizdə ciddi itkilər var. Rafael Vilela, Vassoura, Hadi Ahmadi və Bolinha bu oyunda bizə kömək edə bilməyəcəklər. Komandamız üçün bu qədər futzalçının eyni vaxtda zədələnməsi itki hesab olunur. Əsas da “stolb” oyunçumuz azdır. Hazırkı heyətdə ancaq Xətai Bağırov bu mövqedə çıxış edir. Ona görə də taktiki planda dəyişikliklərin olacağı istisna edilmir. Çalışacağıq ki, onların yoxluğu oyunumuza və yekunda nəticəyə təsir etməsin.

Final mərhələsinə vəsiqəni təmin etmişik, amma tapşırığımız yekunlaşmayıb. Həm liderliyi təmin etmək baxımından, həm də reytinq xalları qazanmaq və millinin imicini qorumaq üçün qələbə qazanmalıyıq.

Rəqibin əsas “silah”ı Drahovskidir. Oyunu onun üzərində qururlar. Məncə, ona oynamağa imkan verməsək, əsas təhlükənin qarşısını almış olacağıq. İlk işimiz isə baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək, oyunumuzu ortaya qoymaqdır”.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO








Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb








Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama








18 yaşlı qız su kanalında batdı


Digər İdman xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.