Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
15:11
1734
21
Noy
15:11



Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin ikinci modul təlimi keçirilib

2020-ci ilin 21 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə icra olunan “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda birgə layihənin II modul təlimi keçirilib.

MDU-dan XeberOxu.Az-a bildirilib ki, “ZOOM” platforması üzərindən online formatda təşkil edilən təlimi açan MDU rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, iştirakçılara MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə münasibətilə təbrikini çatdırıb.

Sonra H.Mahmudov təlimin mövzusu və təlimçi haqqında iştirakçılara məlumat verib.
Təlimçi, "Smart Hotel Management” şirkətinin direktrou Ceyhun Aşurov “Sosial davranışların xidmət sahəsində rolu və karyera” mövzusunda çıxış edib. O, xidmət sahəsində sosial davranışların vacibliyi, yeni nəslin gözləntiləri, müştəri gözləntilərinin qarşılanması, müştəri məmnuniyyətinin artırılması, müştərilərin itirilmə təhlükəsinin səbəbləri, xidmətdə diqqət edilməsi zəruri olan qaydalar və digər məsələlərdən bəhs edib.
Məruzəçi C.Aşurov təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.
Daha sonra H.Mahmudov maraqlı və faydalı təqdimata görə C.Aşurova təşəkkürünü bildirib və gələcəkdə birgə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Sonda, layihə çərçivəsində keçirilməsi nəzərdə tutulan növbəti modullar üzrə təlimlər barədə məlumat verib.

Qeyd edək ki, təlimlərdə MDU, Azərbaycan Turizm və Menecment Universiteti və Mingəçevir Turizm Kollecinin əməkdaşları və tələbələri ilə yanaşı mövzu ilə maraqlanan istənilən şəxs iştirak edə bilər. Bütün modullara qoşulan iştirakçılar layihənin sonunda müvafiq sertifikat əldə edəcəklər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kəlbəcərin təhsil statistikası açıqlanıb







Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"







Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.