Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
10:56
3675

02
Iyul
10:56



Bakıda kanalizasiya birbaşa çimərliyə axıdılır

Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.

XeberOxu.Az xəbər verir ki, Virtualaz.org Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tikilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az