Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
14:12
642

11
Sen
14:12




Arda Turana 2 il 8 ay həbs cəzası verildi - SƏBƏB
Türkiyədə müğənni Berkayı döyən və silahla hədələyən dünyaca məşhur futbolçu Arda Turana məhkəmə 2 il 8 ay həbs cəzası verib.
Xeberoxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə heyəti A. Turana ümumi təhlükəsizliyi pozduğuna görə 10 ay, qanunsuz silah daşımağa görə 10 ay həbs və 1750 lirə (515 azn) pul cəzası, qəsdən adam yaralamağa görə isə 1 il 15 gün olmaqla ümumilikdə 2 il 8 ay 15 gün həbs cəzası verib.
Futbolçu cinsi zorakılıq maddəsindən isə bəraət alıb. Ancaq məhkəmə heyəti cəzanın təxirə salınmasına qərar verib. Növbəti belə hal təkrarlandığı təqdirdə məhkəmənin A. Turana verdiyi cəza tətbiq olunacaq.
Müğənni Berkay Şahinə isə Arda Turanı təhqir etdiyinə görə heç bir cəza verilməyib.
Qeyd edək ki, B. Şahin və A. Turan ötən ilin oktyabrında gecə klublarından birində dalaşmışdılar. B. Şahin futbolçunun həyat yoldaşına sataşdığını iddia etmişdi. Daha sonra məsələ xəstəxanada da davam etmişdi. Belə ki, A. Turanın qanunsuz silahla xəstəxanaya gedərək müğənnini təhdid etməsi təhlükəsizlik kameraları tərəfindən lentə alınmışdı.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az