Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
01:00
1038

20
Iyun
01:00




Mirabdulla Abbasov “Neftçi”ni məhkəməyə verir

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov klubu məhkəməyə verməyə hazırlaşır. XeberOxu.az xəbər verir ki, bunu futbolçunun meneceri Tural Əsgərov “Futbol+” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, futbolçu “Neftçi”dən ayrılmaq istəsə də, klub onu buraxmır. Əsgərov bu səbəbdən məhkəməyə müraciət etmək istədiklərini bildirib:

“Təəssüf ki, Mirabdullanın işi ilə bağlı konkret açıqlama verə bilməyəcəm.  Onu deyə bilərəm ki, “Neftçi” müqavilədəki bəndə əməl edib Abbasovu buraxmaq istəmir. Bununla bağlı danışıqlar gedir. Bizim də qarşımızda iki yol var. Ya məhkəməyə müraciət edib, bu yolla məsələni çözməliyik, ya da çalışacağıq ki, danışıqlar yolu ilə problemi həll edək. İndi də Mirabdulla daha çox "Neftçi”dən getmək istəyindədir. Orda qalmaq niyyətində deyil. Amma yenə də danışıqlar olacaq. Sonucun necə olacağını deyə bilmərəm. Ola bilər, yaxın günlərdə bilinsin”.
 
Maraqlıdır, “Neftçi”nin konkret tələbi nədir? Klub futbolçunu daha artıq pula satmaq fikdindədir, yoxsa ümumiyyətlə, göndərmək istəmir? Tural Əsgərov deyib: “Bununla bağlı konkret bir şey demirlər, odur ki, yalançı olmaq istəmirəm. Ancaq onların davranışından belə başa düşürəm ki, ümumiyyətlə, satmaqda maraqlı deyillər. Baxmayaraq ki, özləri də onu kifayət qədər oynatmırlar. Hər “pəncərə”də Mirabdullanın alternativi olan bir, bəzən iki oyunçu alınır. Ancaq Abbasovu da buraxmaq niyyəti güdmürlər”.
 
Qeyd edək ki, millimizin üzvü “Neftçi”nin Türkiyə toplanışına qatılmayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az