Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
09:10
2406

02
Sen
09:10



“Aztelekom” işçi axtarır - VAKANSİYA

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq, “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. “Aztelekom” MMC hazırda Hüquq şöbəsinə Hüquqi mübahisələr üzrə hüquqşünas (regional) vəzifəsi üzrə 9 (doqquz) vakant ştata işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Hüquqi mübahisələr üzrə hüquqşünaslar (regional) aşağıdakı bölgələr üzrə tələb edilir:

1. Şimal-Şərq-1:(Abşeron, Şamaxı, Xızı, Qobustan, Hacıqabul)
2. Şimal-şərq-2:(Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz);
3. Qərb-1:(Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Samux);
4. Qərb-2:(Şəmkir, Göygöl, Naftalan, Goranboy);
5. Aran-1:(Mingəçevir, Yevlax, Ucar, Göyçay, Ağdaş);
6. Aran-2:(Kürdəmir, Saatlı, Sabirabad, Şirvan);
7. Qarabağ-1:(Ağcabədi, Zərdab, Tərtər, Ağdam, Bərdə);
8. Qarabağ-2:(Füzuli, Beyləqan, Cəbrayıl, İmişli);
9. Cənub-1:(Salyan, Neftçala, Biləsuvar, Cəlilabad);

Əsas vəzifə və öhdəlikləri:

• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatının həyata keçirir, normativ sənəd bazasının hazırlayır, zəruri dəyişiklikləri edir;
• Qovşaqların mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsinin təmin edir;
• İddia ərizələrini pretenziyalarının məhkəmə aktlarından apelyasiya, kassiya şikayyətlərinin hazırlanmasını;
• Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
• Rabitə xətlərində baş vermiş zədələnmə qırılma və cinayət xarakterli digər əməllərin qarşısının alınması üçün iddialar qaldırır;
• Rabitə qaydalarına əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır;
• Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali Hüquqi Təhsil;
• Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir; 
• Mülki, mülki prosessual, cinayıt, cinayət prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Kompüter bilikləri üzrə: MS Office word və outlook proqramlarını mükəmməl bilməlidir.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən; 
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Yaşadığı rayon (və ya qonşu rayon);
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Regional Hüquqşünas: (bölgənin adı) Misal üçün: Qarabağ-2) qeyd edərək hr@aztelekom.az e-ünvana göndərməyinizi xahiş edirik.

QEYD: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılaraq müsahibə mərhələsinə dəvət olunacaqlar.


Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər VAKANSiYA xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az