Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
17:42
2787

10
Sen
17:42



İsti Yupiterin atmosferində İLK DƏFƏ kalium tapılıb

Astronomlar ilk dəfə olaraq iki isti Yupiterin atmosferində kalium atomlarını aşkar ediblər. İşin nəticələri ekzoplanetlərin atmosferində baş verən kondensasiya və ya fotoionizasiya prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan verir.

XeberOxu.Az-ın məlumatına görə, öz ulduzlarına yaxın olan isti yupiterlərin atmosferində natrium və kalium atomlarının olması təxminən 20 il öncə nəzəri olaraq təxmin edilmişdi. Hər iki element planetin öz ulduzunun diskinin qarşısından keçməsi zamanı optik spektrlərdə aydın udulma zolaqları vermişdir. Bu halda ulduzdan gələn işığın bir hissəsi planetin atmosferindən keçir və müxtəlif kimyəvi elementlər tərəfindən udulur ki, bu da atmosferin kimyəvi tərkibini təyin etməyə imkan yaradır.

Əvvəllər HD189733b və HD209458b ekzoplanetlərinin atmosferdə natrium aşkar edilməsi ilə əlaqədar işlər dərc olunmuşdu, lakin indiyə qədər bu isti yupiterlərin atmosferində kalium atomunun etibarlı şəkildə qeydə alınması halları olmamışdır.

Astronomlar qeyd olunan ekzoplanetlərin yuxarı atmosfer təbəqələrində böyük dəqiqliklə kalium atomlarının və HD209458b atmosferində natrium atomları miqdarının HD189733b atmosferindəkindən iki dəfə az olmasını aşkar ediblər. Fərz olunur ki, belə fərqlər planetlərin özlərinin yaranması prosesi ilə bağlı deyildir. Fərq, atmosferin yuxarı qatlarında fotoionizasiya və (və ya) atmosferin aşağı qatlarında metal buxarlarının kondensasiya prosesləri, həmçinin atmosferdə buludların meydana gəlməsi mexanizmlərinin müxtəlifliyi nəticəsində yaranır.

Əvvəllər dörd yeni isti yupiter tapılmışdır ki, onlardan biri, bu günə qədər məlum olan ən isti, qəribə orbitli ekzoplanetdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az