16 Sen 2019
03:15
![]() |
16
Sen 03:15
![]() Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib. Xeberoxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub. Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır. Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
Mingəçevirdə iki minik maşını toqquşub-FOTO
Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb
Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/
|