Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
14:54
711

16
Sen
14:54



Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!
Meşə sahəsində və ora yaxın ərazidə məskunlaşan sakinlər ehtiyatlı olmalıdırlar.

Xeberoxu.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə İsmayıllıda ayının kənd sakininə hücum etməsi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

Departament rəhbəri bildirib ki, bu cür hadisələrlə bağlı məlumat yayılanda media nümayəndələri də diqqətli olmalıdırlar:"Yazırlar ki, ayı kəndə hücum etdi, insanlara xəsarət yetirdi, mal-qaranı parçaladı və sair. Bu isə insanlarda aqressiya yaradır. Son vaxtlar kəndlərin meşə ərazisində yerləşməyi, insanların daha çox meşənin içərisində ev tikməsi, həyətyanı sahələrin meşə ilə sərhəddə yerləşməsi bu cür hadisələrin baş verməsinə səbəb olur.

Etiraf etməliyik ki, son illər kəndlərimiz böyüyüb, insanlar daha çox meşənin içərisində ev tikməyə meyillənir, həyətyanı sahələri olmadığından mal-qaranı meşəyə buraxırlar. Ayı da meşə ərazisində heyvana, insana hücum edir. Bu cür hallar əslində normal haldır və bunun birbaşa səbəbkarı insanlar özləridir. Həmin ərazidə yaşayanlar ehtiyatlı olmalı, həyətyanı sahələrini çəpərləməli, axşamlar meşə sahələrinə çıxmamalı, mal-qaranı meşə ərazisinə nəzarətsiz buraxmamalıdırlar. Meşə vəhşi heyvanların evidir".
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az