Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
18:04
678

17
Sen
18:04



"Kapital Bank" yenilənən Nəsimi filialını istifadəyə verdi

"Kapital Bank" müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən Nəsimi filialı, Bakı şəhəri, İmran Qasımov küçəsi 4 ünvanında fəaliyyət göstərir. Artıq fiziki, hüquqi şəxs və fərdi sahibkar müştərilər onlar üçün hazırlanan xüsusi xidmət sahələrində bank xidmətlərindən daha rahat istifadə edə bilərlər.

Kapital Bank-ın yeni konsepsiyası əsasında təqdim edilən Nəsimi filialı, eyni zamanda həm fiziki, həm hüquqi şəxs, həm də fərdi sahibkar müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, valyuta mübadiləsi, əmək haqqı layihələri, əmanətlər, biznes və sahibkar kartları, POS ilə inteqrasiya olunan Smart kassaların quraşdırılması kimi xidmətlərlə yanaşı, maliyyə əlçatanlığının asanlaşdırılması məqsədilə overdraft, faktorinq, qarantiyalar, akkreditivlər və bir sıra digər məhsullar təqdim ediləcək. Burada xidmət saatlarından əlavə qeyri-iş saatlarında da bir sıra bank əməliyyatlarının həyata keçiriıməsi mümkün olacaq. Belə ki, ödəmə terminalları və ATM-lər vasitəsi ilə müştərilər fərdi şəkildə pul köçürmələri, büdcə, kommunal və digər xidmətlərin ödənişlərini həyata keçirə, nağd pul əldə edə bilərlər.

Qeyd edək ki, "Kapital Bank" 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Bundan əlavə, cari il ərzində Bakı, region və Naxçıvan MR əraziləri üzrə 5 filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 4 yeni struktur bölmə (şöbə və filiallar) istifadəyə verilib. Eyni zamanda transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az