Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
00:15
642

18
Sen
00:15



BDU rektorunun birinci kurslarla görüşləri başlayıb

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin birinci kurs tələbələri ilə görüşləri başlayıb.

İlk olaraq Jurnalistika, Biologiya, Tarix və Filologiya fakültələrinin tələbələri ilə ayrı-ayrılıqda baş tutan görüşdə rektor Elçin Babayev respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamış universitetin tarixi, inkişaf mərhələləri, tədris və elmi fəaliyyəti, sosial həyatı ilə bağlı məlumat verib, görülən işlər, yaradılan imkanlar barədə danışıb.

E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edərək bəzi auditoriya və konfrans zallarının, laboratoriya və dəhlizlərin, o cümlədən yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini diqqətə çatdırıb.

Davamlı olaraq tələbələrlə görüşəcəyini vəd edən rektor bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.

Bakı Dövlət Universitetinin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor nümunəvi tələbə, yaxşı vətəndaş olaraq ölkənin, universitetin, ailənin və dostların etimadını doğrultmaq, milli-mənəvi dəyərlərə ehtiramla yanaşmaq, universitet təəssübkeşi olmaq, onun şərəfini və heysiyyatını qorumaq istiqamətində bəzi tövsiyə və məsləhətlərini verib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az