Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
04:45
699

18
Sen
04:45



Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi, demək olar ki, hər hansı bir qanun pozuntusuna yol verilmədi.

Xeberoxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, mərasimdə iştirak edən hər kəs öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib: “Hər kəs sərbəst şəkildə həmin dini mərasimlərdə iştirak etmək imkanı əldə etdi. Biz də Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə bu prosesdə həmrəylik nümayiş etdirdi”.

M.Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib:

“Zəncirvurma hadisələri Aşura mərasimi keçirilən ölkələrdə müşahidə olunur. Bu, dinimiz tərəfindən də qəbul olunmayan bir haldır. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə biz bunu görməkdəyik. Azərbaycanda 15 il və ya ondan da əvvələ nəzər salsaq, belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. O hallların da qarşısı imamların müdaxiləsi ilə dərhal alınıb. Hesab edirik ki, gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az