02 Iyun
2020
05:20
1021

02
Iyun
05:20



Misirli nazir ölkədə koronavirusa yoluxanların sayının 100 mini ötəcəyi barədə xəbərdarlıq edib

Misirin Ali Təhsil və Elmi Tədqiqatlar naziri Xalid Əbdül-Qafar bildirib ki, 105 milyondan çox əhalisi olan bu ölkədə gələcəkdə yeni növ koronavirusa yoluxanları sayı 100 min nəfəri keçə bilər. Nazir mayın sonunda Prezident Əbdülfəttah əs-Sisinin yanında keçirilən müşavirədə bəyan etmişdi ki, Misirdə koronavirus xəstələrinin sayı rəsmi rəqəmlərdə göstəriləndən daha çox – 71 min nəfərə yaxındır.

XeberOxu.Az-ın məlumatına görə, Misirin Səhiyyə Nazirliyi iyunun 1-də yeni növ koronavirusla bağlı vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1399 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 26 min 384 nəfərə çatıb. O əlavə edib ki, iyunun 1-də Misirdə daha 46 insan yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1005 nəfərdir. Bundan başqa, sutka ərzində 410 nəfər sağalıb və xəstəlikdən şəfa tapanların sayı 6294 nəfərə çatıb.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.