14 Fev
2020
12:04
892

14
Fev
12:04



Moldova Parlamentinin sədri Prezident İlham Əliyevi təbrik edib

Moldova Parlamentinin sədri Zinaida Qreçanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Sizin sədri olduğunuz hakim Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində layiqli qələbə qazanaraq respublikanın qanunvericilik orqanında yerlərin çoxunu əldə etməsi münasibətilə Moldova Respublikasının parlamenti adından və şəxsən öz adımdan səmimi təbrikləri qəbul edin.

Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnunluq hissi ilə vurğulamaq istəyirəm. Ümidvaram ki, Azərbaycan Respublikasının yeni parlamenti Moldova Respublikasının parlamenti ilə birgə və səmərəli fəaliyyəti davam etdirəcək.

Əminəm ki, ikitərəfli əlaqələrin bütün kompleksinin daha da inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə konstruktiv dialoqun və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi xalqlarımızın əsas mənafelərinə cavab verəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram. Sizə yüksək ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.