Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
11:48
4221

20
Iyun
11:48



Mükafat fondu iki milyon ABŞ dollar olan VI Beynəlxalq LafargeHolcim müsabiqəsi açıq elan edildi

Sayca 6-cı olan Beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsi memarları, mühəndisləri, layihəçiləri, dizaynerləri, inşaat sahəsində təhsil alan tələbələri müsabiqəyə qoşulmağa dəvət edir.

Müsabiqədə iştirak etmək üçün ərizələr 4 iyun 2019-cu il tarixindən başlayaraq (14:00 Qrinviç vaxtı) qəbul olunur. Layihənin təqdim olunması üçün son tarix 25 fevral 2020-ci il (14:00 Qrinviç vaxtı)

Müsabiqənin məqsədi inşaat sahəsində dayanıqlı inkişafla bağlı innovativ, qeyri adi və yaradıcı layihələrə dəstək olmaqdır. Kriteriyalar innovasiya və ötürülmə, etik standartları və sosial inteqrasiya, resurs və ekoloji fəaliyyət, iqtisadi səmərəlilik və uyğunluq, kontekstual və estetik təsiri və CO2 tullantısının azaldılmasını əhatə edir.

İlkin mərhələdə layihə və konsepsiyaların seçilməsi 5 regionda üzrə həyata keçirilir: Avropa, Şimali Amerika, Latın Amerikası, Afrika, Yaxın Şərq və Asiya-Sakit Okean. Azərbaydan olan layihələrə Avropa regionundan olan layihələr çərçivəsində baxılacaq. Münsiflər heyəti tərəfindən hər regiona 330 min ABŞ dolları məbləğində mükafat fondunu müəyyən edilib. Region səviyyəsində qalib olan layihələr Qlobal LafargeHolcim Mükafaları müsabiqəsində qızıl, gümüş və bürünc mükafatlar uğrunda mübarizə aparmaq hüququnu qazanır. Mükafatlandırma “Əsas” və “Növbəti nəsil” olmaqla iki kateqoriya üzrə olacaq.

“Əsas kateqoriya” memar, layihəçi, mühəndis, layihə sahibləri, landşaft dizaynerləri, inşaatçı və ümumiyyətlə inşaat sahəsi ilə əlaqəsi olan bütün şəxsləri əhatə edir. Ərizələr üç layihə qrupuna aid olmalıdır. İctimai-sosial və mülki tikinti, landşaft, şəhərsalma və infrastruktur və materiallar, məhsullar və inşaat texnologiyaları.

"Növbəti nəsil" kateqoriyası gənc mütəxəssislər və universitet tələbələrini əhatə edir. Burada layihə müəlliflərinin yaşları 30-dan çox olmamalıdır. Bu kateqoriyada davamlı inkişafa əsaslanan inşaatın əsas tələblərinə cavab verən və həlli yollarını dəstəkləyən layihələr olmalıdır.

Layihələr davamlı inkişafa əsaslanan inşaatın 5 əsas prinsiplərinə uyğun olmalıdır: tərəqqi, əhali, planet, inkişaf və bacarıq. Təqdim olunan layihələr layihələndirilmə mərhələsində olmalı, lakin tikintisi və kommersiya istehsalı 1 yanvar 2019-cu il tarixinə qədər başlanmamalıdır. 25 fevral 2020-ci il tarixinə layihə müəlliflərinin yaşları 18-dən az olmamalıdır.

Müsabiqənin ümuni mükafat fondu 2 milyon ABŞ dollarıdır. Qaliblər 2020-ci ilin sentyabr/noyabr aylarında elan ediləcək. Müsabiqədə iştirak etmək üçün www.lafargeholcim-awards.org saytına daxil ola bilərsiniz. İştirakçılar layihələrin qeydiyyatı ilə bağlı xüsusi suallarını Holcim (Azərbaycan) şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə mehdi.mehdiyev@lafargeholcim.com və ya müsabiqənin texniki dəstək xidmətinə https://www.lafargeholcim-foundation.org/helpdesk ünvanlaya bilərlər.

Davamlı İnşaat üçün lafargeHolcim Fondu 2003-cü ildən etibarən memarlıq, mühəndislik, şəhərsalma və tikinti sahəsində davamlı gələcəyin təmin edilməsi istiqamətində məlumatlılığın artırılması üçün yaradılmışdır. Əsas məqsəd mükəmməl memarlıq və daha yüksək həyat göstəricilərinə nail olmaqla, davamlı inşaatın qeyri-kommersiya təşfiqi və təşəbbüslərin dəstəklənməsidir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az