Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
02:15
1437



Myanmanın qədim Bagan şəhəri Dünya İrs Siyahısına daxil edildi

Ümumdünya İrs Komitəsi 43-cü sessiyasının iyulun 6-da keçirilən iclası günün ikinci yarısında Myanma tərəfindən Dünya İrs Siyahısına təqdim edilən qədim Bagan şəhəri haqqında nominasiyasının müzakirəsi ilə davam edib.

Mədəniyyət Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, ICOMOS nümayəndəsi nominasiya barədə məlumat verib. Bildirilib ki, nominasiya hələ 1995-ci ildə təqdim olunub, 2001-ci ildə fayla yenidən qayıdılıb.

Bagan (Pjaa Gjan) indiki Myanma ərazisində mövcud olmuş eyniadlı dövlətin (XI-XIII əsrlər) paytaxtı olub. Qədim şəhərin yerləşdiyi ərazi Buddizm dininə aid abidələrə zəngindir və Bagan sivilizasiyasını əks etdirir.

Ərazi bu gün buddistlərin zəvvarlıq məkanı kimi də fəaliyyətdədir. Buradakı arxeoloji zonada 3500-dən çox abidə, o cümlədən qədim monastırlar və s. var. Tarixi ərazidə 7 şəhər və 2 kənd yerləşir. 1975 və 2016-cı illərdəki zəlzələ nəticəsində buradakı abidələrin bir qisminə zərər dəyib.

Daha sonra üzv ölkələrin fikirləri dinlənildi. Uqanda, Çin , İspaniya qərar layihəsini dəstəklədiklərini vurğulayıblar.

Müzakirələrdən sonra Myanmanın faylı qəbul edilib. Myanma nümayəndəsi təşəkkürünü bildirərək hər kəsi bu məkanı ziyarət etməyə - Bagan abidələri ilə tanış olmağa dəvət edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az