21 Fev 2021
23:30
![]() |
21
Fev 23:30
![]() NATO-nun İraqdakı hərbçilərinin sayı yalnız Bağdadın istəyi ilə artırıla bilər İraqda NATO qüvvələrinin artırılması yalnız rəsmi Bağdadın istəyi əsasında həyata keçirilə bilər. XeberOxu.Az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu NATO-nun İraqdakı missiyasının komandanı danimarkalı general Per Olsen deyib. P.Olsen bildirib: "NATO missiyası İraq səlahiyyətlilərinin istəyi ilə İraqdadır və ölkədəki vəzifələrinin genişləndirilməsi yalnız bu ölkənin hökumətinin istəyi ilə həyata keçirilə bilər". Xatırladaq ki, fevralın 18-i NATO ölkələrinin müdafiə nazirləri alyansın İqardakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul etmişdilər. Qərara əsasən, İraqdakı missiyanın sayı 500 nəfərdən 4 min nəfərə qədər artırılmalıdır. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|