Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
15:31
645

20
Iyun
15:31




NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də rəsmi dəstəyi ilə keçirilən “NETTY 2019” Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə nazir Ramin Quluzadənin “NETTY” milli internet mükafatının 15 illik yubileyi münasibətilə müsabiqə iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Sonra çıxış edən nazir müavini “NETTY” müsabiqəsinin Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasında oynadığı əhəmiyyətli roldan danışıb.

Nazir müavini bu müsabiqənin ildən-ilə inkişaf etdiyini, yeniliklərə imza atdığını diqqətə çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmişə bu layihəyə dəstək olduğunu qeyd edən Elmir Vəlizadə dəstəyin davamlı olacağını vurğulayıb.

Daha sonra cari ildə müsabiqədə iştirak edən milli veb-saytların, sosial səhifələrin, proqram və layihələrin ən yaxşıları elan olunub.

“İlin İT hadisəsi” yeni açılan inzibati binada DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) tərəfindən avtomatlaşdırılmış xidmətlərin göstərilməsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi tərəfindən Azərbaycanda ilk blokçeyn layihəsinin işə salınması olub.

Qalib layihələr sırasında “saglamaile.az”, “atabank.com”, “bildilchin.az”,“shekiculture.az”, “local.az”, “limartis.az”, “4kids.az”, “swtravel.az”, “intangible.az”, “fb.com/eVisaAzerbaijanAsan”, “inloya.com”, “Balta cizgi serialı”, “BirBank” mobil tətbiqi yer alıb.

Milli informasiya texnologiyalarının zənginləşdirilməsinə görə mükafata Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev layiq görülüb.

Xatırladaq ki, “NETTY 2019” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Baş partnyoru “Narmobile”, qızıl partnyoru “AZCLOUD”, gümüş partnyoru “FOMINOV Consulting” şirkəti olan müsabiqənin partnyorları qismində Azərbaycan Respublikası Dövlət Turuzm Agentliyi, “BakuTel” sərgisi, “SmartHost”, “GoldenPay” şirkətləri və “Renley.az” veb-agentliyi çıxış edirlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az