Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



07 Sen
2020
12:08
10986
07
Sen
12:08



Naftalanda qədim yaşayış məskəni aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli qədim yaşayış yeri aşkar edilib.

İnstitutdan XeberOxu.Az-a verilən məlumata görə, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 ha-a yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edib. Abidənin əsas təbəqəsi eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən artıqdır. Eneolit dövrünə aid təbəqədən V minilliyə aid düzbucaqlı və dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab fraqmentləri və daş əmək alətləri aşkar edilib. Yaşayış yerinin üzərində son tunc-ilk dəmir dövründə torpaq qəbirlərin, antik dövrdə isə küp qəbirlərin yerləşdirildiyinin şahidi oluruq. Abidənin mərkəzi və şimal qərb hissəsində eneolit təbəqəsinin üzərində, orta əsrlərdə məskunlaşma olmuşdur. Orta əsrlər dövrünə aid mədəni təbəqədən tikili qalıqlarına, dulus kürəsəinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəlinmişdir. Yaşayış yeri əlverişli təbii-coğrafi mövqedə yerləşməsinə və sahəsinin böyüklüyünə görə diqqəti cəlb edir:

"Məlum olduğu kimi, Naftalan şəhəri dünyada müalicəvi nefti ilə məhşur kurort şəhəridir. Bu da arxeoloji turizmin inkişafı üçün geniş imkanlar yaradır. Arxeoloji qazıntılar Naftalanın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Dünyada analoqu olmayan təbii-müalicəvi Naftalan nefti ilə məşhur olan Naftalan şəhəri təkcə təbii sərvəti ilə deyil, həm də arxeoloji abidələri ilə də, diqqəti cəlb edir. Böyük turizm potensialı olan Naftalan şəhərində arxeoloji tədqiqatların aparılması abidələrimizin tədqiqi və təbliği baxımından çox əhəmiyyətlidir. Yaşayış yerində arxeoloji tədqiqatlar davam edir".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.