XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



22 Sen
2022
16:04
446
22
Sen
16:04



Narkotiki bankalara yığıb evdə gizlədən Göyçay sakini saxlanılıb -FOTO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberoxu.Az-a verilən məlumata görə, şəhər sakini Nazim Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.

Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər Hadisə xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.