# EVDƏQAL
# EVDƏQAL



04 May
2020
21:14
6891

04
May
21:14



Natavan-Röya qalmaqalına Səidə də qoşuldu: "Yazıq, ideya mənbəyidir"

Bir neçə gündür Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına bu dəfə Səidə Sultan da qoşulub.

Natavan yeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onun bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.

Natavan və Röya hər gün İnstaqramda hekayə bölümündə yeni bir foto yayımlayaraq tarix yazaraq, ilk özünün bu addımı atdığını iddia etməyə çalışıb.

Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb. O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir" sözlərini yazıb.

Natavan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq" şərhini qeyd edib.


 

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.