Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
11:07
546

20
Iyun
11:07




Naxçıvan Muxtar Respublikası rəsmiləri ilə “AzerGold” QSC arasında görüş keçirilib

İyunun 19-da Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası rəsmiləri ilə “AzerGold” QSC-nin rəhbər heyəti arasında ikitərəfli görüş keçirilib.

Xeberoxu.az xəbər veriki,Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyevin, Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyevin, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun, həmçinin sədr müavinləri, geoloji kəşfiyyat, dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbələri üzrə rəhbər şəxslərin iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Ortakənd-Xanağa sahəsində görülən işlər müzakirə olunub, gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində bildirilib ki, 2018-2019-cu illərdə Ortakənd-Xanağa sahəsində ümumilikdə bir milyon kvadratmetr sahədə 6 min metrə yaxın geoloji-kəşfiyyat işləri həyata keçirilib. Kəşfiyyat işləri nəticəsində toplanan sınaqlar hazırda xarici laboratoriyada analiz edilir.

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” QSC 2017-ci ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az