Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
18:15
981

11
Iyun
18:15




Azərbaycan Universitetinin komandası “CanSat Azərbaycan” müsabiqəsinin finalına vəsiqə qazanıb

Azərbaycan Universitetinin “AU&SAT” komandası “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb.

Universitetdən Xeberoxu.az-a verilən məlumata görə, komandanın tərkibinə Lalə Muxtarlı (kompüter elmləri, magistratura), Fəhmin Zakirli (kompüter mühəndisliyi, bakalavriat), Əlizaman Həbibli (kompüter mühəndisliyi, bakalavriat) və Xəyal İsmayılov (kompüter mühəndisliyi, bakalavriat) daxildir.

Tələbələr müsabiqəyə İKT fakültəsinin dekanı Asif Paşayev, riyaziyyat və informatika kafedrasının müəllimləri Əbilhəsən Əhmədov və Gündüz Mirzəbəylinin rəhbərliyində hazırlaşıblar.

Müsabiqənin final mərhələsi 27-29 iyun tarixində keçiriləcəkdir. Bu mərhələdə iştirak hüququ əldə edən komandaların sayı 13-dür.

Qeyd edək ki, “CanSat Azərbaycan” müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən, təyin olunmuş missiyanı yerinə yetirir. Müsabiqə müraciət və qeydiyyat; layihələndirmə; reallaşdırma; uçuş öncəsi yoxlamalar, uçuş, uçuş sonrası hesabat olmaqla 6 mərhələdən ibarətdir. Müsabiqə gənclər arasında kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə bir sıra ölkələrdə təşkil edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az