Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
10:50
516

01
Iyun
10:50




Nazir 50 gün sonra Azərbaycanda baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqdan danışdı

Bu gün ölkə üçün əhəmiyyətli və çox maraqlı bir andır. XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə 50 gün qalır.

Xeberoxu.az-ın  məlumatına görə, bunu "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya Hərəkatının yaranmasının 125 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 50 gün sonra Bakıda yeniyetmələr arasında ən güclü idmançılar yarışacaq: "Onların əksəriyyəti gələcəkdə olimpiya, dünya və Avriopa çempionu ola bilər. Bugünkü tədbirdə uşaqların iştirakı çox vacib amildir. Çünki biz qarşımıza məqsəd kimi texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini də qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik”.

Nazir əlavə edib ki, 50 gün ərzində son hazırlıq işləri tamamlanacaq.

Daha sonra XV Avropa Gənclər Yay Olimpiya Festivalının maskotları Cırtdan və Bəbir nümayiş olunub.

Qeyd edək ki, "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı 21-27 iyulda keçiriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az