Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
01:30
2325



Nazir: Azərbaycan Xəzər dənizində ən böyük kommersiya donanmasına malikdir

Regionun aparıcı və dinamik iqtisadiyyatı kimi, Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsündə mühüm rol oynayır. Ölkəmiz tarixi İpək Yolu üzərində yerləşir və Azərbaycan bu marşrutda fəal şəkildə infrastrukturun modernləşdirilməsinə, mövcud və yeni dəmir yolu xətlərinin, magistral yolların, dəniz və hava limanlarının bərpasına sərmayə qoyur.

Azərbaycan Xarici İşlər Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının 14-cü Zirvə toplantısında çıxışı zamanı deyib.

Nazir bildirib: "Azərbaycan, həmçinin Fars körfəzindən malların İran və Rusiya vasitəsilə Avropaya tranzitinə imkan verəcək "Şimal-Cənub" nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir. Azərbaycan tərəfindən irəli sürülən digər bir dəhliz Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur ki, onun da məqsədi Hindistan, İran, Fars körfəzi ölkələri ilə Türkiyə və Avropanı birləşdirməkdir. Bu ticarət dəhlizlərinin potensialı böyükdür.

Yuxarıda qeyd olunan və artmaqda olan bağlılığa töhvə verən layihələrdən daha biri trans-Avropa və trans-Asiya dəmiryolu şəbəkələrini birləşdirən və Avropa ilə Asiya arasında etibarlı və inteqrasiya olunmuş dəmir yolu xəttinə mühüm töhfə verən Bakı-Tiflis-Qars dəmiryoludur".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan, həmçinin Xəzər dənizində ən böyük kommersiya donanmasına malikdir: "Xəzər dənizinin Bakı limanında tikilmiş yeni gəmiqayırma zavodu bütün növ gəmilərin istehsalına və Xəzər dənizində yük axınının artırmasına imkan verir. Bundan əlavə, biz Şərq-Qərb yolunun mərkəzində yerləşən yeni Bakı Limanının ətrafında Azad İqtisadi Zonanın yaradılması yolu ilə xarici ticarət şirkətləri üçün ticarət-logistika sektorunda əlverişli sərmayə rejimini təmin etmək üçün çoxlu səylər göstərimişik. Bu Azad İqtisadi Zonanın məqsədi Azərbaycanın regional ticarət və logistika mərkəzi kimi cəlbediciliyini artırmaqdır.

Ölkəmin mühüm marşrut nöqtəsi və aktiv investor kimi iştirak etdiyi bütün bu layihələr mal və xidmətlərin Asiya bazarından Yaxın Şərq, MDB və Avropa ölkələrinə və əks istiqamətdə çatdırılma vaxtı və xərclərini əhəmiyyətli dərəcədə minimuma endirməyə imkan verəcəkdir. Hesab edirəm ki, bu, Sakit okean Alyansı və Azərbaycan arasında çoxtərəfli və ikitərəfli əsasda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı bir iş platforması ola bilər. Bu baxımdan, müşahidəçi dövlətlərlə əməkdaşlıq üçün təkliflərin toplanmasına cavabdeh olan Əməkdaşlıq Fondu ilə konkret işə hazırıq".

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Polisdən dilənçilərlə bağlı xəbərdarlıq: Nəzarətsiz uşaqların oğurlanması halları var







"28 may" stansiyasında istifadəsi dayandırılan eskalatorda təftiş yekunlaşıb







Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi







Yol polislərinin forması dəyişdi


Digər Gündəm xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az