Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Iyun
2019
15:28
804

12
Iyun
15:28




Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Qəbələdə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

Z.Həsənov bildirib ki, tədbirin əsas mövzularından biri Azərbaycan və Türkiyə arasında baş tutan hərbi təlimlər olub. O, qeyd edib ki, hər iki ölkə bu təlimlərə Gürcüstanı da dəvət edir:

“Bildirmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır, misal üçün 2018-ci ildə 7 təlim icra olunmuşdursa, 2019-cu ildə 13 təlimin keçirilməsi nəzərdə tutulub. İlin sonuna kimi bu təlimlər icra olunacaq. Mən Türkiyə və Azərbaycan hərbi təlimləri haqqında danışıram. Görüşdə də qeyd olundu ki, biz Gürcüstan tərəfini də bu təlimlərdə müxtəlif formada iştiraka dəvət edirik”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az