Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Sen
2019
10:06
801

13
Sen
10:06



Sosial şəbəkələrdəki yazışmalar məhkəmədə sübut sayılırmı? - ŞƏRH
"Sosial şəbəkələrdə istifadəçilər arasında yazışmalar məhkəmə tərəfindən dəlil kimi qəbul oluna bilər". 

Xeberoxu.Az xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında vəkil Hafiz Ələsgərov “WhatsApp”da, messencerlərdə, ümumiyyətlə sosial şəbəkələrdə istifadəçilər arasında yazışmaların məhkəmədə sübut sayılıb-sayılmayacağına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yazışmaların sübut kimi təqdim olunması heç bir sıxıntı doğurmur: “Çünki bu cür yazışmalar qanunun pozulması ilə əldə olunmuş sübutlar deyil”. 

Vəkil qeyd edib ki, bu cür yazışmalara məhkəmədə, həmçinin sübut kimi istinad da oluna bilər: “Bu məqsədlə məhkəmə ekspertiza təyin edir. Ekspertiza sosial şəbəkələrdə istinad edilən yazışmanı aparan profilin nə vaxt və kim tərəfindən yaradıldığını müəyyən edir”. 

H.Ələsgərov diqqətə çatdırıb ki, qanunsuz, icazəsiz dinləmələr isə sübut sayılmır: “Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, qanunun pozulması ilə əldə olunan sübutların sübut əhəmiyyəti yoxdur və heç bir hüquqi nəticələr doğura bilməz. Sadəcə olaraq, məhkəmə təcrübəsində ittiham tərəfi onu sübut kimi qəbul edir. Məhkəmələr də onu dəlil kimi qəbul edir”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az