Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
18:48
579

02
Sen
18:48



Nazir müavini: Subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün ciddi mexanizmdir

2020-ci ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizmdir.

Xeberoxu.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə bəyan etməlidir:

"Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə plastik kart verilir. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda təlimçilər hazırlanır ki, fermerləri məlumatlandıraq.
Azərbaycanda subsidiya qaydalarının müəyyən edilməsi ilə bağlı Aqrar Subsidiya Şurası yaradılıb. Aqrar Subsidiya Şurası dəfələrlə müzakirə apararaq, əmsalları müəyyənləşdirib".

Xatırladaq ki, Prezident İlham Əliyev bu il iyunun 27-də “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nı təsdiqləyib.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az