# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
13:46
2658

22
May
13:46



Nazirlik fermerlərə xəbərdarlıq etdi

Kənd Təsərrüfatı Nazirliyi “Fermer Kartı”ndan istifadə ilə bağlı fermerlərə xəbərdarlıq edib.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, fermerlər aqrar subsidiya üçün onlara verilmiş “Fermer Kartı”ndan səmərəli və diqqətlə istifadə etməlidirlər. Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə xəbərdarlıq edərək onları kartlardan istifadə zamanı ehtiyatlı olmağa çağırıb.

“Fermer Kartı sizə - subsidiya alan şəxsə məxsusdur. Kartı başqa şəxsə verməyin. Kartınızdan istifadə etməklə gübrə, pestisid, toxum alarkən mütləq çek tələb edin”, - deyə məlumatda bildirilib.
Eyni zamanda, Agentlik təchizatçılara da bildiriş göndərib, onlara öz satışlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeyd etməyin vacib olduğunu xatırladıb.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiya üçün müraciətləri EKTİS üzərindən qəbul edilir və ayrılan subsidiya məbləği onlara paylanmış “Fermer Kartı”na köçürülür. Bu vəsaitin 25%-i nağlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən EKTİS-də qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilərlər.

“Fermer Kartı-ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.