Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyul
2019
12:29
762



Nazirlik işəgötürənlərə müraciət etdi - Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər

İşəgötürənlər peşə hazırlığının təşkilində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XeberOxu.az-a verilən məlumata görə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər peşə hazırlığı kurslarının təşkili istiqamətində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər.

Xidmət tərəfindən peşə hazırlığı lazımi peşə və ya ixtisası olmayan işaxtaran və işsiz şəxslər üçün münasib iş seçmək mümkün olmadıqda və ya onlar əvvəlki peşəsi (ixtisası) üzrə işləmək qabiliyyətini itirdikdə təşkil olunur. Peşə hazırlığı kursları 6 ayadək müddətə təşkil olunur və İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bu kursların təşkili dövlət və ya fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş təhsil müəssisələrində həyata keçirilir.

Həmin kurslar üçtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Dövlət Məşğulluq Xidməti, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında təşkil edilir. Dördtərəfli müqavilə əsasında həyata keçirilən peşə hazırlığı kursları işəgötürənlərə təhsil prosesində iştirak etmək və daha səriştəli, istehsalat təcrübəsi olan işçi seçmək imkanı verir. Bu zaman işəgötürənlər peşəkar işçi qüvvəsi, işaxtaran isə daimi iş yeri əldə edir.

İşəgötürənlər peşə hazırlığının təşkilində əməkdaşlıq etmək üçün Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər. (əlaqə telefonu 596 74 36; əlaqələndirici şəxs Rəşad Əsgərli, e-mail: dmx-peshe@mlspp.gov.az)

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az