Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
18:59
2635
15
Sen
18:59



Nazirlik küçədə gecələyən 16 yaşlı oğlanla bağlı araşdırma aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə 16 yaşlı yeniyetmənin çətin həyat şəraitinə məruz qalması, küçələrdə yatması barədə yayılan foto-məlumata münasibət bildirib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndələri dərhal onunla görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər: "Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik.

Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq.

Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb







Cəlilabadda fərdi ev yanıb







Bakıda bərbərxana yanıb







Bərdə rayonunun Körpüsındıran kəndində yanğın baş verib.


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.